Hakim jurnalistləri “12-ci imam”ın məhkəməsindən çıxardı

Hakim jurnalistləri “12-ci imam”ın məhkəməsindən çıxardı

Özünü “12-ci imam” kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi qapalı formada keçirilməyə başlanılıb.

“Qanunyolutv.az” xəbər verir ki, bununla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində prosesə sədrlik edən hakim Eldar İsmayılov qərar qəbul edib.

Belə ki, iclasdan əvvəl zərərçəkmiş şəxslər vəsatət qaldıraraq prosesin qapalı keçirilməsini tələb ediblər. Zərərçəkmişlər deyiblər ki, məhkəmədə dedikləri sözlər sosial şəbəkələrdə yanlış formada təqdim olunur və bu da onların yaxın ətrafı arasında nüfuzdan düşməsinə səbəb olur.

Vəkil Əli Hüseynov isə iclasın qapalı keçirilməsinin qanunsuz olduğunu, media azadlığının pozulduğunu deyib. Odur ki, əvvəlcə hakim vəsatəti təmin etməyib. Daha sonra zərərçəkmiş Daşqın Aslanov jurnalistlər zalda olduğu halda ifadə verməkdən imtina edib. Bu zaman dövlət ittihamçısı iclasın qapalı keçirilməsini istəyib. Məhkəmə vəsatəti təmin edərək jurnalistləri zaldan çıxarıb.

Xatırladaq ki, “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olmuş Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib. İş üzrə zərərçəkmiş şəxslərə 2 milyon 500 min manat ziyan dəydiyi iddia olunur.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter