“Porsche”sində avtomat gəzdirən şəxs tutuldu - Yenilənib

  • 30.08.2022, 10:00,
  • Kriminal
  • Baxılıb: 40
“Porsche”sində avtomat gəzdirən şəxs tutuldu - Yenilənib

Şirvanda qanunsuz olaraq silah və döyüş sursatları saxlayan şəxslərə qarşı keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı şəhər sakini, əvvəllər məhkum olunmuş Gündüz Novruzov saxlanılıb.

"Qanunyolutv.az" xəbər verir ki, DİN Mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, həmin şəxsə məxsus “Porsche Cayenne” markalı avtomobilə keçirilən baxış zamanı nəqliyyat vasitəsindən 1 ədəd avtomat, 1 ədəd patron darağı və 2 ədəd patron aşkar edilərək götürülüb.
“Porsche”sində avtomat gəzdirən şəxs tutuldu - Yenilənib

Gündüz Novruzov izahatında silah və sursatı bir müddət əvvəl şəhər ərazisindən tapdığını və qanunsuz olaraq saxladığını bildirib.

Şirvan Şəhər Polis Şöbəsində araşdırmalar davam etdirilir.
****

Lent.az xəbər verir k, saxlanılan Gündüz Novruzov kriminal aləmə yaxın biri olub. O, kriminal aləmdə Demanlı Gündüz kimi tanınıb.

Gündüz Novruzov əvvəllər mütəşəkkil dəstənin tərkibində İran vətəndaşını öldürməkdə təqsirli bilinərək həbs həyatı yaşayıb.

Həbsdən çıxdıqdan sonra isə yaşadığı şəhərə “nəzarət” edirmiş.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter