Şirkət rəhbəri məhkəmə zalında həbs edildi

  • 29.04.2022, 10:00,
  • Kriminal
  • Baxılıb: 45
Şirkət rəhbəri məhkəmə zalında həbs edildi

“Kranpartner” MMC-nin baş direktoru Emil Paşayev həbs edilib.

“Qanunyolu.info.az”-ın əldə etdiyi məlumata görə, ötən il iyunun 19-da Xaçmaz rayonunda yerləşən “Xaçmaz Yaşayış Kompleksi”ndə işləyən 1994-cü il təvəllüdlü Kamran Cəfərovun krandan yıxılaraq ölməsi faktına görə şirkət rəhbəri cəzalandırılıb.

O, Xaçmaz Rayon Məhkəməsinin hökmü ilə 5 il 1 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalındaca həbs edilib. Həmçinin 41 yaşlı E.Paşayev azadlığın məhdudlaşdırılması ilə bağlı cəzadan sonra 2 il müddətə “tikinti quraşdırma və tikinti təhülkəsizlik sahəsində rəhbər və maddi-məsul” vəzifə tutma hüququndan məhrum edilib.

Qeyd edək ki, prokurorluğun yaydığı ilkin məlumatda Emil Paşayev barəsində Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işinin başlanıldığı bildirilib. Lakin sonradan prokurorluq cinayət işini 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ölümlə nəticələndikdə) maddəsinə tövsif edib.

“Kranpartner” şirkəti kranların quraşdırılması, onlara texniki xidmətin göstərilməsi kimi fəaliyyətlərlə məşğul olur.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter