Poçtla ölkəyə dərman keçirmək istədilər - Video
- 21.04.2022, 16:00,
- Kriminal
Baxılıb: 31
Facebook
Вконтакте
Одноклассники
Google+
Poçt göndərişləri vasitəsilə dərman preparatlarının qeyri-qanuni şəkildə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb."Qanunyolu.info.az" xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Poçt göndərişləri” gömrük postunda Türkiyənin Bursa şəhərindən Saatlı rayonu Orta Muğan kəndində qeydiyyatda olan Azərbaycan vətəndaşının ünvanına göndərilən yükə gömrük baxışı keçirilib.
Rentgen qurğusunda aparılan yoxlama zamanı müşayiət sənədlərində yataq dəsti kimi göstərilən yükün içərisində ampulaların təsviri müşahidə olunub.
Aparılan fiziki yoxlama zamanı isə yataq dəstinin içərisindən gömrük orqanından gizlədilən 74 ədəd ampula şəklində dərman preparatları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.