İran vətəndaşı Azərbaycandan qanunsuz xarici valyuta çıxarmaq istədi - Foto

  • 30.11.2021, 15:30,
  • Kriminal
  • Baxılıb: 42
İran vətəndaşı Azərbaycandan qanunsuz xarici valyuta çıxarmaq istədi - Foto

Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Astara gömrük postunda ölkəmizdən İrana gedən həmin ölkə vətəndaşının idarə etdiyi "Jack" markalı yük avtomobili gömrük nəzarətindən keçən zaman ixrac yoxlama xəttində saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.

"Qanunyolu.info.az" xəbər verir ki, bu barədə DGK-dan məlumat verilib.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Yoxlama zamanı yük nəqliyyat vasitəsinin dartıcısının çöl hissəsində və dartıcı ilə qoşqunun arasında yerləşən havalandırma borusunun içərisində gömrük nəzarətindən gizlədilən 22 260 ABŞ dolları aşkar edilib.
İran vətəndaşı Azərbaycandan qanunsuz xarici valyuta çıxarmaq istədi - Foto

Faktla bağlı araşdırma aparılır.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter