Beynəlxalq şəbəkənin narkokuryeri saxlanıldı - Video

  • 10.11.2021, 14:00,
  • Kriminal
  • Baxılıb: 41
Beynəlxalq şəbəkənin narkokuryeri saxlanıldı - Video

Bakıda beynəlxalq narkoşəbəkəyə daxil olan daha bir narkokuryer saxlanılıb.

"Qanunyolu.info.az" xəbər verir ki, DİN Mətbuat xidmətindən verilən məlumata görə, Bakıda narkotik vasitələrin satışını həyata keçirən paytaxt sakini olan Aydın Məmmədov Sabunçu rayonu ərazisində saxlanılıb.

Onun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı 6 ədəd bağlamada satış üçün qablaşdırılan ümumi çəkisi 2 kiloqram 145 qram heroin və 130 qram metamfetamin aşkar edilərək götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, Aydın Məmmədov sosial şəbəkələrdə tanış olduğu və xarici ölkədən Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərən şəbəkənin narkokuryerlik təklifi ilə razılaşaraq bu işlə məşğul olub. Bakı şəhərinin demək olar ki, bütün rayonlarında narkotik vasitələrin satışını həyata keçirən Aydın Məmmədov beynəlxalq narkoşəbəkənin ölkə ərazisindəki əsas üzvlərindən biri olub. Onun vasitəsi ilə narkotik vasitələr paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirilərək qanunsuz dövriyyəsi təşkil edilib. Aydın Məmmədovun bu qanunsuz fəaliyyətinin qarşılığında əldə etdiyi külli miqdarda maddi vəsaiti müxtəlif yollarla xarici ölkələrdəki narkotacirlərə göndərib.

Aydın Məmmədov barəsində cinayət işi başlanılıb, onun ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter