“Patı” satan dostlar saxlanıldı
- 01.09.2021, 16:10,
- Kriminal
Baxılıb: 33
Facebook
Вконтакте
Одноклассники
Google+
Ağstafada “patı” satan şəxslər saxlanılıb.DİN Mətbuat xidmətinin Gəncə regional qrupundan "Qanunyolu.info.az", “Qafqazinfo”ya verilən məlumata istinadən xəbər verir ki, əvvəllər məhkum olunmuş Elmar Kərimov Ağstafa RPŞ tərəfindən saxlanılıb və onun üzərindən 2 ədəd sellofan bükümdə “heroin” və 2 ədəd sellofan bükümdə “metamfetamin” aşkar edilərək götürülüb.
Dindirilmə zamanı E. Kərimov narkotik maddəni onlayn yolla Bakı şəhərindən əldə etdiyini, bir qismini isə dostu Sərxan adlı şəxsin avtomobilində saxladığını bildirib. Avtomobilə baxış zamanı oradakı əl çantasından 1 ədəd sellofan bükümdə “heroin”, 3 sellofan bükümdə “patı”, “tiryək”, qurudulmuş “marixuana”, həmçinin narkotik vasitələri qablaşdırmaq üçün müxtəlif sellofan torbalar və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Elmar Kərimovun əldə etdiyi narkotik vasitənin bir qismini dostu, Qazax rayon sakini Sərxan Əfəndiyevə verdiyini bildirib.
Sərxan Əfəndiyevə məxsus avtomobilə baxış keçirilən zamanı yük yerindən çantadakı siqaret qutusunun içərisindən 1 ədəd sellofan bükümdə “heroin” və “metamfetamin” aşkar edilərək götürülüb. S. Əfəndiyev də saxlanılaraq istintaqa təhvil verilib.
