Bakıda dustaq məhkəmədən qaçdı - Yenilənib
- 26.07.2021, 11:30,
- Kriminal
Baxılıb: 42
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda dustaq məhkəmədən qaçıb.“Qanunyolu.info.az”-ın məlumatına görə, iyulun 20-də Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitəsinin daşınmasına görə saxlanılan şəxs bir gün sonra qaçıb.
1976-cı il təvəllüdlü Tərlan Həsənov barəsində verilən sanksiyaya baxılması üçün iyulun 21-də Suraxanı Rayon Məhkəməsinə gətirilib.O, prosesdən öncə məhkəmə zalında polislərin başının qarışmasından və nəzarətsiz qalmasından istifadə edərək qaçıb.
****
Beş gün öncə məhkəmə zalından qaçan dustaq artıq saxlanılıb.
"Qanunyolu.info.az" xəbər verir ki, məlumatı DİN Mətbuat xidmətindən təsdiqləyiblər.