İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırıldı
- 18.10.2022, 16:30,
- İqtisadiyyat / Sosial / Xəbər
Baxılıb: 32
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb.“Qanunyolutv.az” xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”nə edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, Fondun nizamnamə kapitalı
798 000 000 (yeddi yüz doxsan səkkiz milyon) manatdan
893 000 000 (səkkiz yüz doxsan üç milyon) manata yüksəldilib.
Fərmana əsasən, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması (güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi) üçün 2022-ci ilin dövlət büdcəsindən Fonda ayrılan 95,0 (doxsan beş) milyon manat hesabına təmin ediləcək. Maliyyə Nazirliyi bu Fərmanda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etməlidir.