Azərbaycanlı hakimin ömürlük cəzası qüvvədə qaldı

Azərbaycanlı hakimin ömürlük cəzası qüvvədə qaldı

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, yığıncaqda sabiq hakim Anar Niyazov tərəfindən verilmiş apellyasiya şikayətinə baxılıb.

Qurum onun müraciətinin təmin edilməməsinə qərar verib. Bununla da İntizam Komitəsinin onun barəsində 2017-ci ildə çıxardığı qərar qüvvədə qalıb.

Qeyd edək ki, “danışılmış oyunlarda” iştiraka görə Niyazova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan edilib. Bu qərar UEFA-dan daxil olmuş “danışılmış oyunlarla” bağlı hesabatlara və AFFA-nın İcraiyyə Komitəsinin bununla bağlı tövsiyələrinə əsasən verilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter