Ronaldo “Yuventus”un tarixinə düşdü

  • 08.08.2020, 17:30,
  • İdman
  • Baxılıb: 21
Ronaldo “Yuventus”un tarixinə düşdü

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində doğma meydanda Lion “Olimpik”i ilə qarşılaşan “Yuventus” bu oyundan 2:1 hesablı qələbə ilə ayrılıb.

"Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, “qoca sinyora”nın iki qolunun da müəllifi olan hücumçusu Kriştiano Ronaldo yeni rekorda imza atıb.

Belə ki, portuqaliyalı futbolçu, mövsüm ərzində vurduğu qolların sayını 37-yə çatdırıb. Bununla da, o, komandanın heyətində bir mövsümdə ən çox qol vuran futbolçu olub.

Bundan əvvəlki ən yaxşı göstərici 94 il əvvəl qeydə alınıb. 1925/26-cı il mövsümündə “Yuventus”un heyətində Ferens Xirzer 35 qol vurub.

“Yuventus”un Fransa klubu üzərindəki qələbəsinə baxmayaraq, ümumi hesab bərabər olduğundan, Lion “Olimpik”i səfər qolu sayəsində mərhələ adlayan tərəf olub.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter