AzTV-də bədbəxt hadisə - Ölən var+Yenilənib
- 25.12.2020, 23:25,
- Hadisə / Xəbər
Baxılıb: 39
Facebook
Вконтакте
Одноклассники
Google+
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binasında bədbəxt hadisə baş verib."Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, bu barədə AzTV-nin feysbuk hesabında məlumat paylaşılıb.
Bildirilib ki, bu gün axşam saatlarında QSC-nin ərazisində olan üçmərtəbəli binada otaqlardan birinin bir hissəsində tavan çöküb, nəticədə bir əməkdaş xəsarət alıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Dağıntılar altında qalan əməkdaşın çıxarılması istiqamətində iş aparılır.
****
Dağıntı altında qalan telekanal əməkdaşını xilas etmək mümkün olmayıb.
Videomateriallar şöbəsinin texniki işçisi 1996-cı il təvəllüdlü Gülverdi Gülverdiyev həlak olub.
ALLAH RƏHMƏT ELƏSİN!