Ağacların dibini betonlayan şirkət cəzalandırıldı - Fotolar
- 29.04.2020, 21:25,
- Hadisə
Baxılıb: 32
Facebook
Вконтакте
Одноклассники
Google+
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Bayıl qəsəbəsi, Ziya Yusifzadə ünvanında ağacların dibinin betonlanması ilə bağlı daxil olan məlumat əsasında sözügedən ünvana baxış keçirilib. "Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.
O qeyd edib ki, araşdırma zamanı sözügedən ünvanda tikinti işləri aparan “Sabah Residens” MTK tərəfindən 16 ədəd müxtəlif cinsli ağacın gövdəsinin betonlandığı müəyyən edilib: “Faktla bağlı akt tərtib olunub və “Sabah Residens” MTK hüquqi şəxs qismində 4000 manat məbləğində cərimə edilib”.
Nazirliyin sözçüsü bildirib ki, ağacların dibinin təmizlənməsi ilə bağlı MTK-ya nazirliyin əməkdaşları tərəfindən göstəriş verilib və ağacların dibi şirkətin işçiləri tərəfindən betondan təmizlənib”.