Damı təmir edərkən başına iş gəldi - Video

Damı təmir edərkən başına iş gəldi - Video

Gəncə şəhərinin Cavad bəy Şıxlinski küçəsində vətəndaş köməksiz vəziyyətdə qalıb.

"Qanunyolutv.az" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Gəncə şəhər sakini Cavid Əsgərov tikilinin dam örtüyünü təmir edərkən ehtiyatsızlıqdan girişi olmayan boşluğa yıxılaraq müxtəlif xəsarətlərlə köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi xilasetmə vasitələri ilə Cavid Əsgərovu təxliyə edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter