Mingəçevirdə həbs edilən şəxs boğazını və qolunu kəsdi - Yenilənib
- 07.05.2022, 13:30,
- Hadisə / Kriminal
Baxılıb: 37
Facebook
Вконтакте
Одноклассники
Google+
Mingəçevir şəhərində həbs edilmiş şəxs özünə xəsarətlər yetirib.“Qanunyolu.info.az”-ın əldə etdiyi məlumata görə, hadisə Mingəçevir Şəhər Polis İdarəsinin Müvəqqəti Saxlama Yerində baş verib.
Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə təqsirləndirilən şəxs qismində barəsində məhkəmə tərəfindən həbs-qətimkan tədbiri seçilmiş 29 yaşlı Səttar Fərzanlı özünə kəsici əşya ilə xəsarətlər yetirib.
Məhkəmənin qərarına etiraz edən şəxs kafel qırığı ilə qoluna və boğazına xəsarətlər yetirib. Dərhal idarəyə tibbi yardım briqadası dəvət edilib və ona tibbi yardım göstərilib.
Araşdırma aparılır.
****
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib ki, Səttar Fərzanlı Mingəçevir Şəhər Polis Şöbəsinin müvəqqəti saxlama yerində olarkən sanitar qovşaqda özünə yüngül cızıq xəsarətləri yetirib. Polis əməkdaşları və həkimlər tərəfindən ona tibbi yardım göstərilib, səhhəti üçün problem yaranmayıb. Daha sonra o, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə şəhərində yerləşən İstintaq Təcridxanasına köçürülüb.
Qeyd edək ki, əvvəllər məhkum olunmuş Səttar Fərzanlı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb.Üzərinə keçirilən baxış zamanı ondan heroin aşkarlanıb.
