Bakıda qadın özünü xəstəxana binasından atmaq istədi - VİDEO

Bakıda qadın özünü xəstəxana binasından atmaq istədi - VİDEO

Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasında qadın özünü pəncərədən atmaq istəyib.

“Qanunyolu.info.az” xəbər verir ki, tibb müəssisəsindən bildirilib ki, pasiyent prostat və babasil əməliyyatı olunmasını istəyib: “Lakin Sabunçu xəstəxanasında həmin əməliyyat keçirilmədiyindən o, göndərişlə Azərbaycan Tibbi Universitetinin müvafiq xəstəxanasına göndərilib. Göndəriş vaxtı bitdikdən sonra o, yenidən Sabunçu xəstəxanasına müraciət edərək məhz burada əməliyyat olunmasını istəyib. Nəticədə, həmin şəxs tibb işçilərinə xəsarət yetirərək intihar etməyə cəhd edib. Lakin onların köməyilə xilas edilib”.

Görüntülərdə gənc qızın pəncərədən düşməyə çalışdığı və xəstəxanadakı insanların onu xilas etməyə çalışması əks olunub.

Qeyd edək ki, intihara cəhd edən şəxs LGBT üzvü olub.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.

Görüntüləri təqdim edirik:
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter