Goranboyda iş adamı arvadını uşaq üstündə öldürübmüş - Təfərrüat
- 25.03.2022, 16:30,
- Hadisə / Kriminal
Baxılıb: 48
Facebook
Вконтакте
Одноклассники
Google+
Goranboyda arvadını maşınla əzib daha sonra bıçaqla öldürən iş adamı Mehman Süleymanovun qətli nəyə görə törətdiyi ilə bağlı təfərrüat məlum olub."Qanunyolu.info.az" Trend-ə istinadən xəbər verir ki, hadisə uşaq üstündə baş verib. Belə ki, cütlüyün birgə nikahdan iki oğlu, bir qızı var. 1977-ci il təvəllüdlü Mehman Süleymanov bir il əvvəl həyat yoldaşı Əfsanə Məmmədovadan ayrılıb, lakin rəsmi boşanmayıb. Ə.Məmmədova bir il əvvəl uşaqları ilə birlikdə Goranboy rayonunun Dəliməmmədli kəndinə, atasının evinə gəlib. Ayrı qaldıqları müddətdə Mehman Süleymanov bir neçə dəfə həmin kəndə gələrək uşaqları ilə görüşüb.
Məlumata görə, Mehman Süleymanov Novruz bayramı ilə əlaqədar uşaqlarını gəzməyə aparmaq istəyib. Lakin Əfsanə Məmmədova buna etiraz edib və uşaqların atası ilə getməsini istəməyib.Martın 23-də Mehman Süleymanov Goranboy rayonuna gələrək uşaqlarını həyat yoldaşından tələb etsə də, qadın uşaqları gizlədib. Martın 24-də M.Süleymanov yenidən kəndə gəlib uşaqlarını istəyib. Əfsanə Məmmədova növbəti dəfə ona rədd cavabı verib. Həmin gün günorta radələrində Ə.Məmmədova Dəliməmmədli kəndində atasının evindən çıxarkən qəfil M.Süleymanovla rastlaşıb. Mehman Süleymanov ondan uşaqlarının yerini soruşanda Əfsanə Məmmədova ona rədd cavabı verib və aralarında mübahisə yaranıb. Qadın Mehman Süleymanovdan ayrılaraq qaçmağa başlayıb. M.Süleymanov isə dərhal idarə etdiyi "Land Rover" markalı avtomobilinə oturaraq qadını avtomobillə qovub. O Dəliməmmədli musiqi məktəbinin qarşısında qadını maşınla vurub. Hadisə nəticəsində Əfsanə Məmmədova ağır xəsarətlər alsa da, M.Süleymanov bununla sakitləşməyib. O avtomobilində olan bıçaqla qadına bir neçə zərbə endirərək qətlə yetirib.
Məlumata görə, hadisəni törədən Mehman Süleymanov Bakı şəhərində sahibkarlıqla məşğul olurmuş. Kifayət qədər imkanlı olan Mehmanın Bakıda 2 mebel sexi, mağazaları, Yevlax şəhərində isə ticarət obyektləri var.
