Polisdən qaçarkən 10 maşını əzən sürücüyə cəza verildi

Polisdən qaçarkən 10 maşını əzən sürücüyə cəza verildi

Bakıda yol polislərinin “dayan” əmrinə tabe olmayaraq digər avtomobillərə zərər vuran Kamran Cəbrayılzadə ilə bağlı qərar verilib.

“Qanunyolu.info.az”-ın məlumatına görə, “Volkswagen Passat” markalı maşının sahibi K.Cəbrayılzadə barəsində istintaq yekunlaşaraq işə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə Kamran Cəbrayılzadə 2 il müddətə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan sürücü apellyasiya şikayəti verib.

Qeyd edək ki, hadisə ötən ilin sentyabrında baş verib. Kamran Cəbrayılzadə polisdən qaçmaq istəyərkən süni sıxlıq yaradıldığını görüb maşını digər avtomobillərə çırpıb. Bu zaman 10-a yaxın avtomobilə maddi ziyan dəyib. Avtoxuliqanlıq edən şəxs vətəndaşların köməkliyi ilə saxlanılıb.

Kamran Cəbrayılzadə hadisəni narkotik vasitənin təsiri altında törətdiyini bildirib.
Polisdən qaçarkən 10 maşını əzən sürücüyə cəza verildi

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter