Lənkərana toya gələnlər ağır qəzaya düşdü, ölən var - Fotolar
- 13.03.2022, 23:50,
- Hadisə / Xəbər
Baxılıb: 39
Facebook
Вконтакте
Одноклассники
Google+
Lənkəran rayonunda ağır yol qəzası baş verib.“Qanunyolu.info.az” Report-a istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah yolunun Separadi kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Hundai” markalı avtomobilin yoldan çıxaraq ağaca çırpılması nəticəsində Göyçay rayonu sakini, 2002-ci il təvəllüdlü Elmir Qurbanov və onun həmyerlisi, 2004-cü il təvəllüdlü Cavid Salahlı ağır bədən xəsarətləri alıblar.
Yaralılar Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən Elmir Qurbanov yolda keçinib, Cavid Salahlı isə reanimasiya şöbəsinə yerləşdirilib.
İlkin məlumata görə, Göyçay sakinləri Lənkərana toy mərasimində iştirak etmək üçün gəliblər. Hadisənin baş verməsinə səbəb kimi çiskinli hava şəraitində sürətin düzgün seçilmədiyi göstərilir.
Faktla bağlı araşdırma aparılır.