Qadın ərinin əmisi arvadını bıçaqlayıb öldürdü - Yenilənib

Qadın ərinin əmisi arvadını bıçaqlayıb öldürdü - Yenilənib

Astara rayonunda qohum qadınlar arasında bıçaqlı dava baş verib.

"Qanunyolu.info.az" xəbər verir ki, rayonun Şəmətük kənd sakini Gülsevər Ağayeva Mehparə Ağayevaya bıçaqla xəsarət yetirib.

Sonuncu Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, hadisə münaqişə zəminində baş verib. Ölən qadının Gülsevər Ağayevanın həyat yoldaşının əmisi arvadı olduğu deyilir.
****

Astara Rayon Prokurorluğu hadisə ilə bağlı açıqlama yayıb.

Bildirilir ki, oktyabrın 8-si saat 12 radələrində Astara rayonu, Şəmətük kəndi ərazisində 1961-ci il təvəllüdlü Mehparə Ağayevanın öldürülməsi barədə məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin qohumu 1994-cü il təvəllüdlü Gülsevər Ağayevaya şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Mehparə Ağayevaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Gülsevər Ağayeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İstintaq tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter