Ana sevgilisi ilə birləşib oğlunu qətlə yetirdi - Yenilənib

Ana sevgilisi ilə birləşib oğlunu qətlə yetirdi - Yenilənib

Goranboy rayonunda 11 yaşlı uşaq qətlə yetirilib.

"Qanunyolu.info.az", “Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata istinadən, avqustun 19-da itkin düşən Fərid Təhməzovun meyiti tapılıb. Onun psixoloji problemləri olduğu bildirilir.

Məlumata görə, Fərid Təhməzov Aşura günü Gəncə şəhərində yerləşən İmamzadə məscidinə getmək adı ilə evdən çıxıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
****

11 yaşlı Fərid Təhməzovu anasının öldürdüyü məlum olub.

"Qanunyolu.info.az", “Qafqazinfo”nun əldə etdiyi özəl məlumata istinadən, Fərid Təhməzovun anası Gülayət Təhməzova və onun qeyri-rəsmi olaraq birgə yaşadığı Anar Məmmədov tərəfindən qətlə yetirildiyi məlum olub.

Onlar uşağı döyərək öldürüb, sonra isə rayon ərazisindəki qamışlığa atıblar.

Bundan sonra Gülayət Təhməzova oğlunun itkin düşməsi ilə bağlı polisə məlumat verib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter