Gürcü operatorun ilkin ölüm səbəbi açıqlandı
- 12.07.2021, 22:50,
- Hadisə / Dünya
Baxılıb: 43
Facebook
Вконтакте
Одноклассники
Google+
Gürcüstan Daxili İşlər Nazirliyi “Pirveli” telekanalının operatoru Lekso Laşkaravanın ilkin ölüm səbəbini açıqlayıb.“Qanunyolu.info.az” gürcü mediasına istinadən xəbər verir ki, onun dozadan artıq narkotik maddə istifadə etdiyi üçün dünyasını dəyişdiyi bildirilib.
“Qanında morfin, kodein, qabapentin, tetrahidrokannabinol, monoatsetilmorfin aşkarlanıb. Ekspertiza müayinəsinə əsasən, ölüm səbəbi dozadan artıq narkotik qəbul etmə ola bilər”, - deyə kriminal departamentin direktoru Mamuka Çelidze bildirib.
DİN, həmçinin, Laşkaravanın ölümündən bir gün əvvəlki hərəkət marşrutunu da təqdim edib. Şöbə nümayəndələri iddia edirlər ki, video-görüntülərdə leksonun narkotikləri necə alması açıq-aydın görünür və bunu şahidlər də təsdiqləyir.
Qeyd edək ki, iyulun 5-də LGBT əleyhdarlarının keçirdiyi aksiyalar zamanı jurnalistlərə qarşı kobud davranış sərgilənib. Fiziki təzyiqə məruz qalan 53 jurnalistdən biri də Lekso Laşkarava olub.