"Jurnalistlərə səslənən icraçı direktora dəstək olmağa hazırıq."
- 23.01.2021, 13:30,
- Gündəm / Müsahibə / Xəbər
Baxılıb: 202
Facebook
Вконтакте
Одноклассники
Google+
“Medianın İnkişafı Agentliyi”-nin icraçı direktoru Əhməd İsmayılov bu günlərdə jurnalistlərə müraciət edib."Qanunyolu.info.az" xəbər verir ki, "Əhməd.İ "Real TV”-yə müsahibəsində jurnalistlərlə birlikdə hər cür müzakirələrə hazır olduğunu vurğuladı və qeyd etdi ki, agentlik olaraq media subyektləri, jurnalistlər və KİV sahəsində çalışan ekspertlər tərəfindən verilən bütün təkliflərə, müzakirələrə hər zaman müsabət yanaşacaqlar. Biz də belə bir çağırışı nəzərə alırıq və Medianın İnkişafı Agentliyinin rəhbəri tərəfindən irəli sürülən təklifi alqışlayırıq.
Azərbaycan mətbuatında fəaliyyət göstərdiyim 23 illik təcrübəmi əsas tutaraq, mən də bu yöndə müəyyən təkliflərimi irəli sürməyə hazıram. Əgər adı çəkilən quruma rəhbərlik edən Əhməd İsmayılov media sahəsinə aid məsələləri müzakirə etmək üçün məni də dəvət edərsə, təklifi məmuniyyətlə qəbul edərəm. Əsas odur ki, ictimai-siyasi həyatımızda medianın fəaliyyəti şəffaf olsun və Prezidentin KİVDF-dən sonra yaratdığı qurum hansısa qüvvələr tərəfindən "monopoliya”ya alınmasın. İnanıram ki, Əhməd İsmayılov gənc kadr olaraq, əvvəlki komandanın yolunu davam etdirməyəcək və o, Azərbaycan mətbuatının inkişaf etdirilməsi üçün lazımi addımlarını atacaq".
Məndə "Qanunyolu.info.az" xəbər portalının rəhbəri olaraq kollektivimizlə birgə daima Prezidentimiz, dövlətimizin, xalqımızın, millətimizin yanındayıq və bu təklifi bəyənərək, alqışlayırıq.Şirin Cəfəri
