İdman Akademiyasında yaz imtahan sessiyasına start verilib

  • 08.06.2020, 21:40,
  • Gündəm
  • Baxılıb: 26
İdman Akademiyasında yaz imtahan sessiyasına start verilib












Ölkə ərazisində elan olunmuş karantin rejimi ilə əlaqədar olaraq Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tədris prosesi tam olaraq onlayn formaya keçirilib.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, İdman Akademiyasında Azərbaycan, rus və ingilis dillərində bakalavriat və magistr səviyyəsinin əyani və qiyabi təhsilalma formaları üzrə tələbələrin yaz semestri, hazırlıq kurslarında dərslər və magistr dissertasiyalarının ilkin müdafiəsi onlayn formada təşkil olunub.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, magistr təhsil səviyyəsinin tədrisi ingilis dilində aparılan proqramlarda: “İdman menecmenti” və “İdman tibbi və reabilitasiya” (həkimlər üçün) ixtisaslaşmaları üzrə ilkin müdafiə müvafiq olaraq Almaniyanın Tübinqen (Tubiengen Univercity) və Böyük Britaniyanın UCL (University College London) Univeristetlərinin aparıcı ekspertlərinin iştirakı ilə onlayn formada keçirilmişdir. Əlavə olaraq bildirmək istərdik ki, Şeffild Hallam (Sheffield Hallam) Univeristeti ilə əməkdaşlıq çərçivəsində tədrisi ingilis dillində aparılan “İdman jurnalistikası” magistr ixtisaslaşması proqramı üzrə təhsil müddəti 1 il 6 aylıq olduğu üçün, müdafiə xüsusi karantin rejimindən əvvəl 2020-ci ilin yanvar ayında keçirilib.

Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) pandemiyasının ölkənin təhsil müəssələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” 2020-ci il 18 may tarixli qərarına müvafiq olaraq növbəti mərhələ imtahan sessiyasının insanların həyatını riskə atmayaraq obyektiv və şəffaf formada təşkili və keçirilməsi idi.

Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında, xüsusi ilə qeyd edib ki, pandemiyanın geniş yayılması şəraitində dövlətin prioritet vəzifəsi insanların sağlamlığının qorunmasıdır.

Bununla bağlı 21 may 2020-ci il tarixində İdman Akademiyasının Elmi Şurasının videokonfrans formatında növbəti iclası keçirilmişdir. Gündəlikdə duran əsas məsələ 2019/2020-ci tədris ilinin yaz imtahan sessiyasının təşkili və keçirilməsi, qiymətləndirmə meyarlarının müəyyənləşdirilməsi olub.

Aparılmış geniş müzakirələr əsasında, pandemiya dövrü üçün yaz və yay imtahan sessiyalarında tələbələrin biliklərinin qiymətləndirilməsində yeni meyarların tətbiqi ilə bağlı qərar qəbul olunub.

Qərara əsasən, qiymətləndirmə meyarları kimi, tələbələrin onlayn dərslərdə fəal iştirakı, idmançı tələbələrin yerli və beynəlxalq yarışlarda göstərdiyi nailiyyətlər nəzərə alınmaqla, 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri əsas götürülərək və yaz imtahan sessiyasına start verilib.

Akademiyanın Elmi Şurasının qərarı ilə müəyyənləşdirilmiş və Təhsil Nazirliyi ilə razılaşdırılmış qiymətləndirmə meyarları əsasında çıxarılan qiymətlərlə razılaşmayan tələbələrə ödənişsiz əsaslarla imtahan verməsi üçün şərait yaradılacaqdır. Bunun üçün onlar ən geci 5 iyul tarixinədək Apelyasiya Komissiyasına onlayn formada müraciət edə bilərlər.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter