Əmanətləri tələbə edən layihə - “Qutabdan Kitaba”

Əmanətləri tələbə edən layihə - “Qutabdan Kitaba”

Bazar deyəndə göz önünə maddi mənfəət qazanmaq üçün çalışan satıcı və yalnız öz tələbatını ödəmək üçün alış-veriş edən istehlakçı gəlir.

Haqqında söhbət açacağım bazar isə öz fərqliliyi ilə ilkə imza atıb. “Cığır” MDİD İB-nin nəzdində 3 ildir ki, “Qutabdan kitaba” adlı layihə çərçivəsində ərsəyə gələn sosial bazarlar fəaliyyət göstərir. Layihənin məqsədi ata himayəsindən məhrum abituriyentlərin “Elm ümmandır" layihəsi çərçivəsində təhsil təqaüdünə dəstək olmaqdır.

Eyni zamanda əmanətlərin analarının - tənha dul qadınların əmək haqqı ilə məşğulluğunu təmin etməkdir. Belə ki, onlar hər həftə sonu paytaxtın müxtəlif qəsəbələrinin həyətində toplaşaraq növbənöv qutablar bişirib satırlar.

Qutablardan əlavə, könüllü tələbələrin hazırladığı şirniyyatlar, kitablar və tekstil məhsulları, könüllü rəssamlar tərəfindən müxtəlif materiallar üzərində əl işləri, master-klaslar və s. təklif olunur.

Sosial bazar layihəsinin ideya müəllifi, “Cığır” MDİD İB-nin təsisçisi Yeganə Mirzəyeva və birliyin üzvləri, xeyirsevər könüllülər üçün daha önəmli olan mənəvi qazancdır. Çünki sosial sahibkarlıq mənəvi dəyərdir və onun təbliği birbaşa mənəvi dəyərlərin inkişafına xidmət edir. Bu işdə dəstək olan hər kəsə təşəkkürlər!

P.S. Məndə "Qanunyolutv.az" saytının rəhbəri olaraq kollektivimiz adından “Cığır” MDİD İB-nin təsisçisi Yeganə xanım Mirzəyevaya və birliyin bütün üzvlərinə gördükləri bu xeyirxah əməllərdə, eləcədə xeyirxah yolda daima uğurlar, yeni-yeni müvəffəqiyyətlər arzulayıram.

#BİZBİRLİKDƏGÜCLÜYÜK!

"Qanunyolutv.az"
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter