"Qanunyolutv.az" yubilyarı təbrik edir - Hikmət Şikarov - 55

"Qanunyolutv.az" yubilyarı təbrik edir - Hikmət Şikarov - 55

Bu gün dəyərli ziyalımız, elinə və obasına bağlı, milli dəyərlərə, Azərbaycan dövlətinə və dövlətçiliyə sadiq şəxsiyyət, hər zaman dövlət maraqlarını şəxsi mənafeyindən üstün tutan əqidəli dövlət xadimi, bacarıqlı mütəxəssis, məsuliyyətli rəhbər və gözəl şəxsiyyət, qayğıkeş ailə başçısı Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini HİKMƏT ŞİKAROV-un doğum günüdür.

Hörmətli Hikmət müəllim!

Doğum günü insanın həyatında yaddaqalan hadisə kimi yaşanmış ömrə hesabat məqamıdır. Böyük və zəngin tale yaşamısınız bu qısa dövr ərzində. Məktəb, tələbəlik, Əfqanıstan müharibəsi, Qarabağ savaşı və müstəqil dövlətimizə layiqli xidmətdə keçib mübarizə ruhlu mənalı ömrünüz. Yaşadıqlarınızla qürur duymaq haqqınız var, zənnimcə bu Sizin həyat və onun sınaqları qarşısında qələbəniz deməkdir. Xoşbəxt insansınız ki, Zəfər tarixini yaşadınız. Bu gün də məsul vəzifədə həm yüksək əqidəli dövlət xadimi, həm də vətənpərvər insan, sadəliyi və səmimiyyəti, həssaslığı və xeyirxahlığı ilə seçilən və sevilən, öz Prezidentinə və xalqına nüfuz qazandırmağı bacaran dövlət məmuru kimi böyük hörmət sahibisiniz..

Sizi gözəl yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm, arzumdur ki, bu gün yubiley kimi qeyd etdiyiniz 55 kimi həyat imtahanlarından alacağınız 5-lər ömrünüzü bəzəsin! Həmişə gənclik ruhu ilə yaşadığınız zəngin taleyinizlə gənc nəslə örnək olasınız! Azad Vətənimizdə azad və firavan həyat, sağlamlıq və xoşbəxtlik, uğur və fərəh, yeni-yeni zirvələri fəth etməyinizi arzulayıram!


Bu təbrikə “QanunyoluTV.az” saytının rəhbəri olaraq məndə qoşularaq kollektivimiz adından Hikmət müəllim sizə dünyanın ən şirin nemətlərini arzulayırıq. Neçə yaşınız olursa olsun hər şeyin gözəli sizinlə olsun. Yeni yaşınızda hər ötən gün daha gözəl, istəklərinizə uyğun və sizi xoşbəxt edəcək şəkildə olsun. Bir yaşda qocalsanızda həmişə olduğunuz kimi sevgi dolu və şən qalasınız. Qəm əyir, sevinc ucaldır insanı. Qəm görməyin, həmişə sevinc, səadət içində olun hörmətli Hikmət müəllim! Ulu Tanrı ömrünüzə ömür, sevincinizə sevinc qatsın.


AD GÜNÜNÜZ MÜBARƏK OLSUN HİKMƏT MÜƏLLİM!
TANRI SİZİ VƏ SEVDİKLƏRİNİZİ QORUSUN!


Böyük hörmətlə: Ofelya Babayeva

"QanunyoluTV.az" saytının rəhbəri
Arif Süleymanlı
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter