Tarix yazan LİDER
- 27.12.2023, 21:56,
- Gündəm / Siyasət / Xəbər / Sosial
Baxılıb: 15
Facebook
Вконтакте
Одноклассники
Google+
Yasamal rayon Heydər Əliyev Mərkəzində 20.12.2023-cü il tarixdə AYB və AJB-nin üzvü Raziyə Kamilqızının qələmə aldığı "Tarix yazan Lider" adlı kitabın təqdimatı olub. Tədbirdə Yasamal rayon Heydər Əliyev Mərkəzinin nümayəndələri, ziyalılar, şəhid ailələri, vətənpərvər insanlar, mədəniyyət işçiləri iştirak edib.Raziyə Kamilqızının
"Tarix yazan lider" adlı kitabında 2020-ci il Vətən müharibəsində əldə olunmuş Zəfərin müəllifi - Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı İlham Əliyevin tarixi fəaliyyəti haqqında materiallar, müəllifin hərbi vətənpərvərlik mövzusunda şerləri cəmlənmişdir. Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.
Tədbir Azərbaycan Respulikasının Dövlət Himni səsləndirildi, Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan igidlərin xatirəsini anmaqla açıq elan edildi.
Tədbirdə çıxış edənlər kitab haqqında fikirlərini bildirdilər və Ali Baş Komandanı qarşıdan gələn doğum günü münasibəti ilə təbrik etdilər, Ali Baş Komandana işlərində xoş arzular dilədilər.
Çıxış edənlər Ali Baş Komandanın
"Zəfər" müjdəli günləri bəxş etdiyi üçün qürurla danışdılar. Çıxşlardan sonra bədii hissədə Ali Baş Komandana həsr olunmuş şerlər, vətənpərvər musiqilər səsləndi. Tədbirin sonunda xatirə şəkili çəkildi və Raziyə Kamilqızının qələmə aldığı
"Tarix yazan Lider" adlı kitab tədbir iştirakçılarına təqdim olundu.
Vətənpərvər ruhda kitablar müəllifi olan Raziyə Kamilqızına yaradıcılıq uğurları diləyirik.
P.S. "Qanunyolutv.az" saytının rəhbəri olaraq məndə kollektivimiz adından Vətənpərvər xanım Raziyə Kamilqızına həyatda atdığı hər addımda, yaradıcılığında daima uğurlar və yeni-yeni müvəffəqiyyətlər arzulayıram.
Zəhra Kərimli
"Qanunyolutv.az"
