Manaf Səmədzadə: Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır

Manaf Səmədzadə: Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır

Manaf Səmədzadə

Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, əbədi olması ondan da çətindir.
Heydər Əliyev


Hər bir xalqın xilaskarlıq tarixinə iz qoymuş tarixi şəxsiyyətləri olur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, müdrik dövlət xadimi kimi düşüb. Ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu, irsi tükənməz məktəbdir. Məhz Azərbaycan xalqının ağır günlərində ölkə rəhbərliyinə qayıdaraq müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. İtirilməkdə olan Azərbaycanı azərbaycanlılara qaytardı. Bu “Ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyərək meydana atılan uzaqgörən siyasətçinin Vətəni qarşısında misilsiz fədakarlığı idi. Xalqımız günü-gündən gözəlləşən Azərbaycanın müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir. Gənclərimiz bu zəngin irsi öyrənməli və Azərbaycanın qurucusu olan Ümumilli lideri heç zaman unutmamalıdır. Heydər Əliyevin irsinin təbliği məqsədi ilə hər birimiz əlimizdən gələni etməliyik.

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Heydər Əliyev İli çərçivəsində artıq silsilə tədbirlər təşkil edilir, fərqli layihələr icra olunur.

Uzaqgörən siyasətçi, Azərbaycan xalqının Ümummilli Lideri, Heydər Əliyevə İtirilməkdə olan Azərbaycanı azərbaycanlılara qaytardığı üçün hər zaman minnətdar olacağıq. Həm də hər zaman ona görə minnətdar olacağıq ki, memarı olduğu Azərbaycan etibarlı əllərdədir, dövlətimiz bu gün onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daha da qüdrətlənib, daha da gözəlləşib.

Ümummilli liderin əsasını qoyduğu gənclər siyasətini davam etdirən Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətinin ilk dövrlərindən başlayaraq ardıcıl imzaladığı fərmanlarda, verdiyi tapşırıqlarda gənclərin təhsilinə, sağlamlığına, asudə vaxtının səmərəli təşkilinə diqqət yetirir. Azərbaycanda uğurlu aparılan gənclər siyasətinin təməlini Ulu öndər qoymuşdur. Heydər Əliyevin təşəbbüsü ilə gənclər siyasətinin əsas konturları müəyyən edilmişdir. Son 20 il ərzində Azərbaycanda bu siyasət çox uğurla aparılmışdır. Artıq bu illər ərzində, müstəqillik dövründə gənclər yetişiblər və ölkəmizin həyatında mühüm rol oynayırlar.

Dövlətin siyasəti ondan ibarətdir ki, Azərbaycan gəncləri bilikli, savadlı, Vətənə bağlı olsunlar və ölkəmizin gələcək inkişafına töhfələrini versinlər. Gənclərin vətənpərvərlik ruhunda böyümələri də çox mühüm əhəmiyyət daşıyır.

Heydər Əliyevin “Xalqla ordunun birliyi həm xalqın qüdrətini artırır, həm də ordunu daha qüvvətli edir” kəlamı bu gün də öz qüvvəsini saxlayır.

Bu gün Heydər Əliyevin getdiyi haqq yolunu, ədalər yolunu, onun layiqli davamçısı gedir, və bu yolda hər birimiz "Dəmir yumruq" kimi birləşərək dövlət başçımızın ətrafında sıx birləşmişik.

Müstəqil Azərbaycanın qurucusu, memarı, Azərbaycan xalqının Ümummili lideri Heydər Əliyev hər zaman qəlbimizdə yaşayacaq!

Manaf Səmədzadə
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter