Anar Murtuzovun "Təhsil sahəsində və təhsil alanlar arasında gender bərabərliyi daxil olmaqla dayanıqlı inkişafın təşviqi; təhsil vasitəsilə dayanıqlı inkişafı təşviq etmək üçün tələb olunan bilik və vərdişlərin yaradılması" adlı lahiyəsi

7,18,19.03.2020- ci il tarixdə Quba şəhərində Avropa İttifaqı və qismən BMT inkişaf proqramı tərəfindən maliyyələşdirilən, DataHub MMC və Avrasiya Əməkdaşlıq Fondunun ekspertləri tərəfindən icra olunan "Təhsil sahəsində və təhsil alanlar arasında gender bərabərliyi daxil olmaqla dayanıqlı inkişafın təşfiqi; təhsil vasitəsilə dayanıqlı inkişafı təşfiq etmək üçün tələb olunan bilik və vərdişlərin yaradılması" adlı layihə keçirilmişdir. Videokonfrans formatında keçirilən layihəni giriş sözü ilə layihə rəhbəri Anar Murtuzov açaraq layihə haqqında geniş məlumat verdi. Bildirdi ki, insan inkişafı həyatda qarşımızda duran seçimlərin genişləndirilməsindən ibarətdir. Təbii ki, insanların arzuladıqları,seçdikləri məqsədlər saysız-hesabsızdır və hətta eyni insanın arzu və məqsədləri zamanla dəyişə bilər. İnsan inkişafı nəzəriyyəsinin mərkəzində insanların azad seçim anlayışı dayanır. Qlobal və yerli iqtisadi, sosial və mədəni inkişafın əsas məqsədini məhz insan həyatının keyfiyyətinin artırılmasında görən bu nədən məhz azad seçim məsələsinə bu qədər böyük diqqət yetiri. Məsələ burasındadır ki, insan inkişafı nəzəriyyəsi təkcə bərabər hüquq və imkanların yaradılması tələbi ilə kifayətlənməyərək məhz bu konkret insanların mövcud hüquq və imkanlardan istifadə etmək qabiliyyətində olmasını inkişafın əsas amili olaraq görür. Daha sonra Anar Murtuzov layihədə ekspert qismində iştirak edən Məhəmməd Abbasova söz verdi. Məhəmməd Abbasov çıxışında bildirdi ki, bioloji fərqlər əsasında müəyyənləşdirilən cinsdən fərqli olaraq, gender kişi və qadınların ictimai münasibətlər çərçivəsində formalaşan rol və vəzifələrini əhatə edir. Genderə aid təsəvvürlər təkcə zaman və məkanla dəyişmir. Eyni cəmiyyətdə insanların kişilik və qadınlıq xüsusiyyətləri haqqında təsəvvürləri konkret insanın yaşı sosial mövqeyi etnik qrupu dini ailə statusu və başqa faktorlardan asılı olaraq fərqlənir. Aktiv layihə iştirakçıları olan Nəhayət Şirinova, Elmar Zeynəddinov, Aminə Babayeva, Emin Yunusov, Azad Daşdəmirov, Əli Rüstəmzadə layihə haqqında geniş fikir bildirmişlər. Sonda layihə iştirakçıları sertifikatlarla təltif olunmuşlar.
P.S. "Qanunyolu.info.az" xəbər portalının rəhbəri olaraq kollektivimiz adından Anar müəllimə və onun komandasına bu lahiyəni ərsiyə gətirməsində təşəkkür edir, ona gələcəkdə bu cür yeni lahiyələrinin həyata keçirməsində uğurlar arzulayırıq.
Anar Murtuzovun "Təhsil sahəsində və təhsil alanlar arasında gender bərabərliyi daxil olmaqla dayanıqlı inkişafın təşviqi; təhsil vasitəsilə dayanıqlı inkişafı təşviq etmək üçün tələb olunan bilik və vərdişlərin yaradılması" adlı lahiyəsi
Anar Murtuzovun "Təhsil sahəsində və təhsil alanlar arasında gender bərabərliyi daxil olmaqla dayanıqlı inkişafın təşviqi; təhsil vasitəsilə dayanıqlı inkişafı təşviq etmək üçün tələb olunan bilik və vərdişlərin yaradılması" adlı lahiyəsi
Anar Murtuzovun "Təhsil sahəsində və təhsil alanlar arasında gender bərabərliyi daxil olmaqla dayanıqlı inkişafın təşviqi; təhsil vasitəsilə dayanıqlı inkişafı təşviq etmək üçün tələb olunan bilik və vərdişlərin yaradılması" adlı lahiyəsi
Anar Murtuzovun "Təhsil sahəsində və təhsil alanlar arasında gender bərabərliyi daxil olmaqla dayanıqlı inkişafın təşviqi; təhsil vasitəsilə dayanıqlı inkişafı təşviq etmək üçün tələb olunan bilik və vərdişlərin yaradılması" adlı lahiyəsi
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter