"Dünya, Ana və Uşaqlar” İctimai Birliyi Lerikdə erkən nikahla mübarizə sahəsində tədbir həyata keçirmişdir.

"Dünya, Ana və Uşaqlar” İctimai Birliyi Lerikdə erkən nikahla mübarizə sahəsində tədbir həyata keçirmişdir.

“Dünya, Ana və Uşaqlar” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Erkən nikah  - ailə genefondu təhlükə ilə üz-üzə” adlı layihəsi çərçivəsində Lerik rayonunda tədbir keçirmişdir.

"Qanunyolutv.az" xəbər verir ki, tədbiri giriş sözü ilə açan “Dünya, Ana və Uşaqlar” İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva layihənin əsas məqsədi, qarşıya qoyulmuş vəzifələr, ölkəmizdə erkən nikahın qarşısının alınması sahəsində qeyri-hökumət təşkilatlarının rolunu qeyd etmiş, dövlətin sosial sahədə apardığı siyasətin əsas istiqamətlərindən biri olduğunu qeyd etmişdir.
"Dünya, Ana və Uşaqlar” İctimai Birliyi Lerikdə erkən nikahla mübarizə sahəsində tədbir həyata keçirmişdir.

Layihəyə cəlb olunmuş ekspert, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkil Araz Nurməmmədov erkən nikahın qarşısının alınması üçün gənclərin  ali və peşə təhsilinə yönləndirilməsinin vacib olduğunu, valideynlər və müəllimlərin, gənclərin təhsil və tərbiyəsinə xüsusi qayğının zəruri olduğunu qeyd etmişdir.
"Dünya, Ana və Uşaqlar” İctimai Birliyi Lerikdə erkən nikahla mübarizə sahəsində tədbir həyata keçirmişdir.

Tədbir interaktiv formada və müzakirə xarakterli olmuşdur. Belə ki, tədbir iştirakçıları erkən nikahın qarşısının alınması sahəsində tədbirlərin keçirilməsinin zəruri olduğunu, keçirilmiş tədbirlərin erkən nikahın qarşısının alınmasına müsbət təsirindən söz açmışlar. Lerik rayonunda son vaxtlar erkən nikah probleminin qismən aradan qaldırılmış olması, gənclərin təhsilə yönləndirilməsi istiqamətində dövlətin apardığı islahatlardan öz razılıqlarını ifadə etmişlər.
"Dünya, Ana və Uşaqlar” İctimai Birliyi Lerikdə erkən nikahla mübarizə sahəsində tədbir həyata keçirmişdir.

P.S.Məndə "Qanunyolutv.az" informasiya agentliyinin rəhbəri olaraq kollektivimiz adından "Dünya, Ana və Uşaqlar" İctimai Birliyin sədri Dünyaxanım Əliyevaya və onun rəhbərlik etdiyi kollektivə gördükləri işlərdə yeni-yeni müvəffəqiyyətlər və uğurlar arzulayıram.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter