Arzu Daşpoladova: Mehriban Əliyeva -“Müasir dünyada hər bir ölkənin inkişafı, onun dünya birliyinə inteqrasiyası üçün təhsilin rolu əvəzsizdir”

Arzu Daşpoladova: Mehriban Əliyeva -“Müasir dünyada hər bir ölkənin inkişafı, onun dünya birliyinə inteqrasiyası üçün təhsilin rolu əvəzsizdir”

Arzu Daşpoladova
Salyan rayon Ə.Kürçaylı adına Texniki Fənlər Təmayüllü 7 saylı məktəb-liseyin direktoru


Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsindən dünya ölkələri də bəhrələnir

Xeyirxahlıq və xoş niyyət

Həyatda elə şəxsiyyətlər var ki, onların adının çəkilməsi ilə bir anda gördüyü işlər göz önündə canlanır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da xalq tərəfindən sevilən belə şəxsiyyətlərdəndir. Həyatının başlıca amalı məhz xeyirxahlıq və xoş niyyət olan birinci xanımın adı çoxşaxəli fəaliyyəti, insanlarla ünsiyyəti ilə sanki bir vəhdət təşkil edir.

Mehriban Əliyevanın təhsil, səhiyyə, mədəniyyət sahələrində reallaşdırdığı genişmiqyaslı layihələr, istər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda həyata keçirdiyi tədbirlər bu nəcib əməllər sahibinin hərtərəfli bilik və bacarıqlara malik olduğunu göstərir. Mehriban xanımın fəaliyyəti uşaqlardan tutmuş yaşlı insanlara kimi - əhalinin bütün təbəqələrini əhatə edir.
Arzu Daşpoladova: Mehriban Əliyeva -“Müasir dünyada hər bir ölkənin inkişafı, onun dünya birliyinə inteqrasiyası üçün təhsilin rolu əvəzsizdir”

“Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar. Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”.

Bu sözləri Mehriban Əliyeva Birinci vitse-prezident kimi ilk çıxışında səsləndirib. Və bu gün bizlər Mehriban xanımın söylədiyi fikirlərinin real həyatda uğurla həyata keçirdiyinin şahidiyik. Fondun uğurlu fəaliyyətində təhsilə diqqət və qayğı xüsusi önəm kəsb edir. Bu diqqət isə Azərbaycanda görülən işlərlə məhdudlaşmır.

Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ona göstərilən bu etimadı da layiqincə doğruldub. Respublikamızın bir sıra dövlətlər ilə humanitar əlaqələrin mökəmlənməsinə, xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığın genişlənməsinə, ölkəmizlə yanaşı, onun hüdudlarından kənarda da bir sıra məktəblərin tikintisinə və ya yenidən qurulmasına köməklik etmək, dəstək vermək Heydər Əliyev Fondunun ən uğurlu fəaliyyət istiqamətlərindəndir.
Arzu Daşpoladova: Mehriban Əliyeva -“Müasir dünyada hər bir ölkənin inkişafı, onun dünya birliyinə inteqrasiyası üçün təhsilin rolu əvəzsizdir”

Azərbaycanın birinci xanımı çıxışlarında qeyd edir : “Müasir dünyada hər bir ölkənin inkişafı, onun dünya birliyinə inteqrasiyası üçün təhsilin rolu əvəzsizdir. Məhz buna görə Heydər Əliyev Fondu yarandığı ilk gündən təhsilə yardımı öz fəaliyyətinin prioritet istiqaməti elan etmişdir”. Və təsadüfi deyil ki, Heydər Əliyev Fondu tərəfindən uğurla reallaşdırılan “Təhsilə dəstək” layihəsinin əhatə dairəsi, coğrafiyası gündən-günə genişlənməkdədir. Layihə artıq ölkə miqyasından çıxaraq beynəlxalq humanitar missiyaya çevrilmişdir.

Heydər Əliyev Fondunun xarici ölkədə tikdirdiyi ilk təhsil ocağı

2008-ci ildə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə Pakistanın Müzəffərabad şəhərinin Rara ərazisində qızlar üçün orta məktəb binası inşa olunub. 2005-ci ilin oktyabrında baş verən güclü zəlzələ nəticəsində yararsız vəziyyətə düşən məktəbin şagirdləri dərslərini çadırlarda və açıq səma altında keçmək məcburiyyətində qaldıqları bir vaxtda Heydər Əliyev Fondu nəcib təşəbbüslə çıxış edib.

Təhsil müəssisəsində 10 xüsusi sinif otağı, laboratoriyalar, fənn kabinetləri, kitabxana, kompüter otağı, idman meydançası vardır. Məktəbin ümumi sahəsi 2 min kvadratmetrə yaxındır. Çətin dağlıq relyefdə yerləşən təhsil ocağı müasir avadanlıqlarla təmin olunmaqla 500-dən artıq şagirdin yüksək səviyyəli təhsil almasına imkan yaradıb. Heydər Əliyev Fondu məktəbi əyani vəsaitlərlə, o cümlədən Azərbaycan haqqında nəşrlərlə təmin etməklə öz xeyirxah missiyasına sadiq qalıb.
Onu da qeyd edək ki, təhsil sahəsinin inkişafına xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondunun Pakistanda inşa etdirdiyi məktəb binası Fondun “Təhsilə dəstək” layihəsi çərçivəsində xarici ölkədə tikdirdiyi ilk təhsil ocağıdır.

Fond Gürcüstandakı azərbaycanlıların hər sahədə olduğu kimi, təhsil sahəsində də müsbət irəliləyişə nail olmalarına dəstək və yardımını əsirgəməyib. 2008-ci il iyunun 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gürcüstanın Dmanisi rayonunda inşa edilən kompüter-tədris mərkəzinin binası istifadəyə verilib. Ən müasir tələblərə və standartlara cavab verən mərkəzin dərs otaqları, iki böyük zalı, kitabxanası, müəllimlər və yardımçı otaqları hər cür avadanlıqlara təmin olunub. Mərkəzdə həm azərbaycanlı, həm də gürcü uşaqlar pulsuz olaraq kompüter dərsləri keçmək imkanı əldə ediblər. Fond mərkəzi əyani vəsaitlər - kitablar, dərsliklər, CD və DVD-lərlə də təmin edib.
Arzu Daşpoladova: Mehriban Əliyeva -“Müasir dünyada hər bir ölkənin inkişafı, onun dünya birliyinə inteqrasiyası üçün təhsilin rolu əvəzsizdir”

Gürcüstanın Dmanisi şəhərindəki 2 nömrəli Azərbaycan Beynəlxalq orta məktəbi və Tbilisidəki M.F.Axundzadə adına 73 nömrəli orta məktəb də Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində əsaslı təmir edilib.

Yararsız vəziyyətdə olan Qardabanidəki 3 nömrəli orta məktəb binası da Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində əsaslı təmir edilib. 2 korpusdan ibarət olan məktəbdə 1256 şagirdin təlim-tərbiyəsi üçün hər cür şərait və imkanlar var.

Marneuli şəhərindəki 7 nömrəli məktəb binası da 2010-cu ildə Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində əsaslı təmir olunub. 2010-cu il martın 11-də məktəbin açılışı olub. Məktəbdə 120 şagird təhsil alır.

Gürcüstanın Bolnisi rayonunun Həsən Xocalı və Cəfərli kəndlərindəki yararsız vəziyyətdə olan məktəblər Fond tərəfindən əsaslı təmir olunaraq şagirdlərin ixtiyarına verilmiş növbəti təhsil müəssisələridir.

Hamının MEHRİBANI

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Azərbaycanla yanaşı, adlarını qeyd etdiyimiz ölkələrdə, həmçinin Rumıniyada, Hollandiya və Misirdə, bir sözlə, dünyanın ehtiyac olan bütün guşələrində təhsilin keyfiyyətini yüksəltmək səyləri məhz böyüməkdə olan nəslin bilik və mədəniyyət səviyyəsini artırmaq estafetinin davamıdır.
Arzu Daşpoladova: Mehriban Əliyeva -“Müasir dünyada hər bir ölkənin inkişafı, onun dünya birliyinə inteqrasiyası üçün təhsilin rolu əvəzsizdir”

Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdə məhz Fondun adını daşıdığı görkəmli şəxsiyyətə layiq xüsusi dəst-xətt müşahidə olunur. Azərbaycanda həyata keçirilən layihələr ölkəmizin müasirləşməsinə, dünya ölkələrinin sözün yaxşı mənasında diqqətini üzərimizə çəkməyə, təhsilimizin inkişafına, insanlarımızın şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edir. Ölkəmizdən kənarda gerçəkləşdirilən layihələr isə Azərbaycanın təbliğatına, onun probleminin dünya ictimaiyyətinin nəzərinə çatdırılmasına hesablanıb ki, bizcə də artıq son bir ilin hadisələri göstərdi ki, bu məqsədə uğurla nail olunub. Heydər Əliyev Fondunun birbaşa dəstəyi ilə bir sıra xarici ölkələrdə tikilən və ya yenidən qurulan təhsil ocaqlarında ölkəmizi tanıdan, onun üzləşdiyi işğal, qaçqın və soyqırım faktlarını diqqətə çatdıran muzey mərkəzlərinin qurulması da uğurlu fəaliyyətin mühüm hissəsidir.

Mehriban Əliyeva deyir: “Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir. Kimsənsə, elə də olmalısan - bax, budur bizim həyatımız. Ona görə də özgələrin rollarını və obrazlarını gərək öz üzərinə götürməyəsən. Çünki sən də, dünyada yerin də yeganə və bənzərsizdir”.
Arzu Daşpoladova: Mehriban Əliyeva -“Müasir dünyada hər bir ölkənin inkişafı, onun dünya birliyinə inteqrasiyası üçün təhsilin rolu əvəzsizdir”

Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın beynəlxalq səviyyədə həyata keçirdiyi möhtəşəm işləri, reallaşdırdığı qlobal layihələri özəyində humanizm, insanpərvərlik, mərhəmət olan ortaq bir xətt birləşdirir. Təhsillə bağlı reallaşdırılan irimiqyaslı tədbirlər Mehriban Əliyevanın dünya insanının savadlanmasına xidmət etməklə hansı ölkədə yaşamasından asılı olmayaraq insanlara bir addım yaxın, faydalı olmaq məqsədini özündə ehtiva edir. Və ONU təkcə bizlər deyil, digər ölkələrdə reallaşdırdığı layihələrdən bəhrələnən insanlar da özünün doğması kimi qəbul edir. Birinci xanım artıq hamının MEHRİBANI olmağı bacarıb.

Kollektivimiz adından alicənablıq, insanpərvərlik, kübarlıq kimi ali insani dəyərlər, kreativ, yüksək erudisiya sahibi olan, müdrik, cəsarətli, güclü, eyni zamanda, zərif mərhəmətli, şəfqətli Mehriban xanımı təbrik edirik. Azərbaycançılıq məfkurəsinin inkişaf etdirilməsində hər zaman yeni yollar axtarışında olan Mehriban xanım Əliyevaya can sağlığı, ailə səadəti, işlərində yeni-yeni müvəffəqiyyətlər və uğurlar arzulayırıq.
Arzu Daşpoladova: Mehriban Əliyeva -“Müasir dünyada hər bir ölkənin inkişafı, onun dünya birliyinə inteqrasiyası üçün təhsilin rolu əvəzsizdir”

DOĞUM GÜNÜNÜZ MÜBARƏK!


Arzu Daşpoladova
Salyan rayon Ə.Kürçaylı adına Texniki Fənlər Təmayüllü 7 saylı məktəb-liseyin direktoru
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter