Türkiyədə koronavirusla bağlı son vəziyyət
- 12.03.2021, 22:40,
- Dünya
Baxılıb: 37
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.“Qanunyolu.info.az” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün 66 nəfər pandemiyanın qurbanı olub.
Gün ərzində 148 min 856 koronavirus testi aparılıb, bunların 14 min 941-i müsbət çıxıb.
Ağır xəstə sayı 1349-dur.
11 min 180 nəfərin koronavirus müalicəsi tamamlanıb və onlar sağalıblar. Bununla sağalanların ümumi sayı 2 milyon 670 min 273-ə çatıb.