Londonlulara 20 Yanvar faciəsinə aid bukletlər paylandı - Fotolar

  • 20.01.2021, 19:35,
  • Dünya
  • Baxılıb: 48
Londonlulara 20 Yanvar faciəsinə aid bukletlər paylandı - Fotolar

London şəhərində 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən bildirilib ki, Şəfiqə Robertsin təşəbbüsü və təşkilatçılığı ilə bir qrup xanım soydaşımız 20 Yanvar faciəsindən və Bakıda sovet qoşun hissələri tərəfindən qətlə yetirilən şəhidlərimizdən bəhs edən bukletləri Londonun müxtəlif tarixi məkanlarında paytaxt sakinlərinə təqdim ediblər.

Bukletlərdə Azərbaycan xəritəsinin təsviri, 20 Yanvar faciəsindən fotolar əks olunub, tarixi faktlar sadalanıb, "20 Yanvar faciəsindən 31 il keçməsinə baxmayaraq, yaralarımız təzə və acıdır", "20 Yanvar Azərbaycan xalqının yaddaşında dərin və silinməz iz buraxıb" və s. kimi ifadələr yazılıb.

Sonra əllərində Azərbaycan bayraqlarını və 20 Yanvar faciəsinin əks olunduğu şəkilləri tutan xanımlarımız şəhidlərimizi yad ediblər.
Londonlulara 20 Yanvar faciəsinə aid bukletlər paylandı - Fotolar

Londonlulara 20 Yanvar faciəsinə aid bukletlər paylandı - Fotolar

Londonlulara 20 Yanvar faciəsinə aid bukletlər paylandı - Fotolar


Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter