Qarabağa 170-dən çox uçuş həyata keçirilib - Rusiya MN
- 18.11.2020, 10:00,
- Dünya
Baxılıb: 37
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya Müdafiə Nazirliyi Rusiya sülhməramlılarının Dağlıq Qarabağ münaqişəsi zonasında tapşırıqların yerinə yetirildiyi əraziyə köçürülməsini davam etdirir."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib.
Sülhməramlı kontingentin şəxsi heyətinin, hərbi texnikasının və maddi əmlakının köçürülməsi Rusiya hərbi nəqliyyat aviasiyasının “İl-76” və “An-124” təyyarələri tərəfindən həyata keçirilir.
10 noyabr 2020-ci il tarixindən etibarən ümumilikdə 170-dən çox uçuş həyata keçirilib.
Rusiyanın Aerokosmik Qüvvələrinin hərbi nəqliyyat aviasiyasının növbəti “İl-76” və “An-124” təyyarələri Ulyanovsk-Vostoçnı aerodromunda material, silah və hərbi texnika yüklənərək və İrəvan şəhərinin aerodromlarına yola düşüb.
Qeyd edək ki, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.
