Trampı açıq şəkildə dəstəkləyən polis işdən çıxarıldı
- 26.10.2020, 06:50,
- Dünya
Baxılıb: 7
Facebook
Вконтакте
Одноклассники
Google+
Nyu-Yorkda polis əməkdaşının ABŞ Prezidenti Donald Trampın ünvanına səsgücləndirici vasitəsilə dəstək şüarı səsləndirməsini əks etdirən görüntülərin internetdə yayılmasından sonra o, işdən kənarlaşdırılıb."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə şəhərin polis departamentinin rəhbəri Dermot Şi tvitterdə bildirib:
“Bu insidentdə iştirak edən polis əməkdaşı müəyyən edilib və əmək haqqı saxlanılmadan xidmətdən müvəqqəti kənarlaşdırılıb. Təkrar edim ki, hüquq-mühafizə orqanlarının əməkdaşları apolitikliyi qoruyub saxlamalıdırlar, bununla da insanlara qanunun hər kəsə bərabər və siyasi üstünlüklərindən asılı olmayaraq tətbiq edildiyini aydınlatmalıdırlar”.