Tramp səlahiyyətlərini vitse-prezidentə verməkdən imtina etdi
- 02.10.2020, 10:40,
- Dünya
Baxılıb: 9
Facebook
Вконтакте
Одноклассники
Google+
Koronavirusa yoluxduğu açıqlanan ABŞ Prezidenti Donald Tramp səlahiyyətlərini müvəqqəti olaraq vitse-prezident Mayk Pensə verməkdən imtina edib."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Prezidentin şəxsi həkimi Şon Konli dövlət başçısının özünü yaxşı hiss etdiyini və vəzifəsinə fasilə vermədən davam edəcəyini bildirib.
Qeyd edək ki, Tramp tvitterdə xanımının da koronavirus testinin müsbət nəticə göstərdiyini və özünü karantinə aldığını açıqlayıb. Ehtimal olunur ki, o, koronavirusa ən yaxın məsləhətçilərindən biri olan Hop Hiksdən yoluxub.