Fransanın sabiq Baş nazirinə həbs cəzası verildi - Fotolar

  • 29.06.2020, 19:35,
  • Dünya
  • Baxılıb: 25
Fransanın sabiq Baş nazirinə həbs cəzası verildi - Fotolar












Paris şəhər məhkəməsi Fransanın sabiq Baş naziri Fransua Fiyonu 5 il azadlıqdan məhrum edib.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, sabiq Baş nazirin cəzasının 3 ili şərti olaraq verilib. Fiyon dövlət vəsaitini əsassız xərcləməkdə ittiham olunur. Onun xanımı Penelopa Fiyon da 3 il şərti azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. P.Fiyon həyat yoldaşı ilə birlikdə dövlət vəsaitini mənimsəməkdə və əri tərəfindən saxta şəkildə işə götürülməkdə ittiham olunur.

Onlar qərardan apelyasiya şikayəti verəcəklərini bildiriblər.

Qeyd edək ki, Fransua Fiyon 2007-2012-ci illərdə Baş Nazir olub.
Fransanın sabiq Baş nazirinə həbs cəzası verildi - Fotolar
Fransanın sabiq Baş nazirinə həbs cəzası verildi - Fotolar
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter