Sadır Japarov növvbəti prezident seçkilərində yenidən namizəd olacaq

  • 14.08.2026, 09:30,
  • Dünya
  • Baxılıb: 7
Sadır Japarov növvbəti prezident seçkilərində yenidən namizəd olacaq

Qırğızıstan Prezidenti Sadır Japarov 2027-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətindədir.

“Qanunyolutv.az” xəbər verir ki, bu barədə məlumatı o, jurnalist Ali Toktakunova müsahibəsində açıqlayıb.

“Növbəti seçkilərdə namizədliyimi irəli sürmək və işi davam etdirmək istəyirəm. Seçkilərdə iştiral etmək arzusunda olan hər kəs namizədliyini verə bilər. Heç kəsə məhdudiyyət qoyulmayacaq”, - deyə Japarov bildirib.

Qeyd edək ki, 57 yaşlı Sadır Japarov 2021-ci il yanvarın 28-dən Qırğızıstan prezidentidir. Respublika Konstitusiyasına əsasən, bir şəxs iki dəfə dövlət başçısı seçilə bilər. Ölkədə növbəti prezident seçkiləri isə 2027-ci il yanvarın 27-də keçiriləcək.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter