İngiltərənin Ticarət nazirindən qalmaqallı istefa
- 04.05.2020, 23:59,
- Dünya
Baxılıb: 12
Facebook
Вконтакте
Одноклассники
Google+
Böyük Britaniyanın Ticarət Siyasəti üzrə Dövlət Katibi Konor Berns parlamentin davranış kodeksini pozduğuna görə istefa verib."Qanunyolu.info.az" Britaniya mətbuatına istinadən xəbər verir ki, Bernsin vəzifədən azad edilməsinə səbəb onun atasının maliyyə münaqişəsinə görə öz mövqeyindən şəxsi maraqlar üçün istifadə etməsi olub.
İngiltərə parlamentinin Standartlar Komitəsinin araşdırması nəticəsində hazırlanan hesabatda Bernsin atasının kredit borcu ilə bağlı məsələyə müdaxilə edərək kreditoru hədələdiyi ortaya çıxıb. Zərərçəkmişin sözlərinə görə, Berns bu məsələni parlamentə çıxara biləcəyini və bunun onun üçün xoşagəlməz nəticələrə yol açacağını bildirib.
Məruzə Nazirlər Kabinetinə təqdim edildikdən sonra o, vəzifəsindən istefa etdiyini açıqlayıb.