Türkiyə 12 yaşlı uşağı xilas edən azərbaycanlı həkimdən danışır - Video

Türkiyə 12 yaşlı uşağı xilas edən azərbaycanlı həkimdən danışır - Video

Türkiyənin Yalova şəhərində 12 yaşlı Həmzə Dağın həyatını xilas edən azərbaycanlı həkim Sərxan Həsənov ölkə gündəminə çevrilib.

“Qanunyolu.info.az” Türkiyə mediasına istinadən xəbər verir ki, ağacdan meyvə toplayarkən yıxılan və ürəyinə 13 santimetrlik dəmir batan Həmzə ağır vəziyyətdə xəstəxanaya çağırılıb. Xəstəxanada ürəyi dayanan Dağı xilas etmək üçün Sərxan Həsənov xərəyin üzərinə çıxaraq ona ürək masajı edib. Yenidən həyata qayıdan Həmzə əməliyyat edilib və bir həftəlik reanimasiyadan sonra bunu həkimləri ilə birlikdə qeyd edib.
Türkiyə 12 yaşlı uşağı xilas edən azərbaycanlı həkimdən danışır - Video

“Təcili şəkildə xəstəxanamıza çatdırılan Həmzə Dağı görəndə artıq ürəyi dayanmışdı. Dərhal ürək masajına başladım. Xəstənin çox vaxtı yox idi, ona görə xərəyə çıxıb masaja başladım. Şükür ki, problem yaşanmadı. Bir həyatı xilas etdik və xoşbəxtik”, - deyə Sərxan Həsənov bildirib.
Türkiyə 12 yaşlı uşağı xilas edən azərbaycanlı həkimdən danışır - Video

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter