Rusiya səhra şəraiti üçün Azərbaycana 15 mobil konteyner göndərdi - Video
- 12.01.2021, 10:50,
- Xəbər
Baxılıb: 38
Facebook
Вконтакте
Одноклассники
Google+
Formalaşmış ikitərəfli sıx əməkdaşlıq münasibətləri çərçivəsində Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi tərəfindən Azərbaycan Fövqəladə Hallar Nazirliyinə səhra şəraitində istifadə üçün nəzərdə tutulan 15 ədəd mobil konteyner göndərilib."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, FHN Mətbuat xidmətinin məlumatına görə, Azərbaycan FHN-in Qarabağ Regional Mərkəzinə çatdırılmış konteynerlərdən 10 ədədi yaşayış, 5 ədədi isə ofis kimi istifadə üçün nəzərdə tutulub.
Konteynerlərdə yaşayış və iş fəaliyyəti üçün müvafiq şərait yaradılıb.