Binəqədi icra başçısından yeni təyinat

  • 30.11.2020, 15:30,
  • Xəbər
  • Baxılıb: 42
Binəqədi icra başçısından yeni təyinat

Binəqədi Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, Binəqədi rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyevin əmrinə əsasən, Sevinc Süleymanova İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini təyin edilib.

Qeyd edək ki, Sevinc Süleymanova 1975-ci ildə Oğuz rayonunda anadan olub. O, 2011-ci ildən Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının Qadınlar Şurasının İdarə Heyətinin üzvüdür.

Əmək fəaliyyətinə 1997-ci ildə Binəqədi rayonu R.İmanov adına 205 № li tam orta məktəbdə rus-dili və ədəbiyyatı müəllim kimi başlayıb, 1998-2019-cu illərdə Bakı şəhəri Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini olaraq davam edib. 2019-2020-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Analitik təhlil və proqram təminatı şöbəsinin məsləhətçisi vəzifəsində çalışıb.

Dövlət qulluğunun kiçik müşaviridir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter