Binəli Yıldırımla xanımı koronavirusa yoluxdu

  • 03.09.2020, 15:55,
  • Xəbər
  • Baxılıb: 29
Binəli Yıldırımla xanımı koronavirusa yoluxdu

Türkiyənin sabiq Baş Naziri Binəli Yıldırım və həyat yoldaşı Semiha Yıldırımın koronavirus test nəticələri pozitiv çıxıb.

"Qanunyolu.info.az, “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə türkiyəli siyasətçi öz tvitter hesabında məlumat verib.

“Bu səhər bədənimizin narahatlığı səbəbindən Semiha xanımla Ankara Şəhər Xəstəxanasına müraciət etdik. Müayinələr nəticəsində COVID-19 testimizin nəticəsi müsbət oldu”,-deyə B. Yıldırım qeyd edib.

O, müalicəni evdə davam edəcəklərini bildirib: “Vəziyyətimiz yaxşıdır, negativ bir şey yoxdur. Həkimlərimiz prosesi evdə keçirməyimizi uyğun saydılar. Vətəndaşlarımızı TMM (təmizlik, maska, məsafə) qaydalarına riayət etməyə çağırırıq. Dua edirik, dualar gözləyirik”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter