Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olundu

  • 23.07.2020, 18:20,
  • Xəbər
  • Baxılıb: 19
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olundu












Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyinat olub.

"Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Mərkəzi Klinik Xəstəxananın həkimi Vüsal Abdullayev Cəlilabad RMX-nin baş həkimi vəzifəsinə gətirilib. Bu barədə o, “Facebook” səhifəsində yazıb:

“Bir həftədir ki, Bakıdakı işimdən-Mərkəzi Klinik Xəstəxanadan öz istəyimlə azad olundum. Buna səbəb Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi(TƏBİB) nəzdində fəaliyyət göstərən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyin olunmağımdır.

İlk növbədə Mərkəzi Klinik Xəstəxananın rəhbərliyinə və həkim-personal yoldaşlarıma minnətdarlığımı bildirirəm. 10 il müddətində bərabər sıralarda sizinlə işləmək olduqca xoş idi.

Yeni vəzifəmdə başlıca amalım, xalqıma xidməti dövlətimiz və ölkə rəhbərliyimizin dəst-xətti ilə davam etdirmək və göstərilən böyük etimadı doğrultmaqdır.

Bundan sonrakı həkimlik fəaliyyətimi Cəlilabad rayonunda davam etdirərək, regionumuzun səhiyyə sahəsinə öz töhfəmizi vermək, xəstəxanamızı peşəkar kadrlarla təmin etmək və gələcək kadrları doğru yetişdirmək istiqamətində olacaq”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter