Xırdalanda 13-cü mərtəbədən yıxılan oğlan sağ qaldı - Yenilənib
- 26.02.2026, 10:30,
- Xəbər
Baxılıb: 12
Facebook
Вконтакте
Одноклассники
Google+
Gecə saatlarında Xırdalanda 22 yaşlı oğlan binadan yıxılıb.“Qanunyolutv.az” xəbər verir ki, hadisə Xırdalandakı
“Kristal Abşeron” kompleksində baş verib. Saat 02 radələrində 2004-cü il təvəllüdlü Nihad Yunus oğlu Vəliyev yaşadığı 16 mərtəbəli binanın 13-cü mərtəbəsinin eyvanından yıxılıb.
O, ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
****
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, bu gün saat 02:13 radələrində mərkəzə Xırdalan şəhəri, Kristal Abşeron 1, bina 20-dən çağırış qeydə alınıb: “Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Briqada tərəfindən 2004-cü il təvəllüdlü şəxs (kişi) müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub”.
****
Kliniki Tibbi Mərkəzdən verilən məlumata əsasən, bu gün 2004-cü il təvəllüdlü şəxs (kişi) bədənin müştərək travması səbəbilə mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “Müayinə zamanı çanaq sümüyünün sınığı və diafraqmanın cırılması diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir”.
