Dərsdə halı pisləşən 15 yaşlı şagird öldü - Yenilənib

Dərsdə halı pisləşən 15 yaşlı şagird öldü - Yenilənib

Mingəçevir İ.Rüstəmov adına 5 nömrəli tam orta məktəbdə dərs zamanı halı pisləşən şagird ölüb.

“Qanunyolutv.az”-ın məlumatına görə, 2010-cu il təvəllüdlü Yusif Yusifov bir neçə ay əvvəl ürək əməliyyatı keçiribmiş.

Bu gün dərsdə Yusif Yusifovun halı qəfil pisləşib. Təcili tibbi yardım briqadası vasitəsilə xəstəxanaya aparılan şagirdin həkiməqədər ölümü baş verib.
****

TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 10:47-də Mingəçevir şəhəri, İ.Rüstəmov adına 5 nömrəli tam orta məktəbdən şəxsin halının pisləşməsi səbəbilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2010-cu il təvəllüdlü şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.
****

Bildirilib ki, Yusif Yusifov ailənin tək övladı imiş. O, ötən ilin noyabr ayında ürəyindən əməliyyat olunubmuş.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter