Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan 6 məktəbə direktor təyinatı həyata keçirilib."Qanunyolutv.az" xəbər verir ki, bu barədə idarədən məlumat verilib.
Hacıyeva Günel Vilayət qızı - Gəncə şəhəri Molla Pənah Vaqif adına
8 nömrəli tam orta məktəbin direktoru;
Həmidova Pərvanə Qurban qızı - Gəncə şəhəri Nadir Hüseynov adına
38 nömrəli tam orta məktəbin direktoru;
Camalzadə Leyla Hümbət qızı - Gəncə şəhəri Nəriman Nərimanov adına
25 nömrəli tam orta məktəbin direktoru;
Muradova Günel Oruc qızı - Samux rayonu Qarayeri qəsəbəsi
1 nömrəli məktəb-liseyin direktoru;
Məmmədova Günel Elçin qızı - Samux şəhəri
3 nömrəli tаm orta məktəbin direktoru;
Məmmədov Seymur Vaqif oğlu - Gəncə şəhəri Nikolay Nekrasov adına
19 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, ötən həftə də Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan 3 məktəbə direktor təyinatı həyata
keçirilmişdi.