Göygöldəki dəhşətli qətldə şübhəli bilinən şəxs saxlanıldı - Yenilənib
- 08.02.2026, 22:00,
- Xəbər / Kriminal
Baxılıb: 7
Facebook
Вконтакте
Одноклассники
Google+
Göygölün Molla Cəlilli kəndi ərazisində dərədən meyiti tapılan 40 yaşlı Sabiq Quliyevi qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.“Qanunyolutv.az” xəbər verir ki, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində 1985-ci il təvəllüdlü Rasim Quliyev istintaqa cəlb edilib.
Xatırladaq ki, Sabiq Quliyevin meyiti dörd gün əvvəl kəndin kənarındakı dərəyə atılmış vəziyyətdə aşkarlanmışdı.
Faktla bağlı araşdırma davam etdirilir.
****
Məlumata görə, dərədən meyiti aşkarlanan 1986-cı il təvəllüdlü Sabiq Quliyevlə hadisəni törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Rasim Quliyevlə həmkəndli olublar.Hadisə günü isə onlar bir yerdə yeyib-içiblər. Belə ki, iki sərxoş arasında baş verən mübahisə tanışlardan birinin ölümü ilə nəticələnib.