Anasını öldürüb arvadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı - Yenilənib - Foto

Anasını öldürüb arvadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı - Yenilənib - Foto

Goranboyda 2 qadın bıçaqlanıb, onlardan biri ölüb.

“Qanunyolutv.az” xəbər verir ki, rayonun Faxralı kəndində 1963-cü il təvəllüdlü Zoya Əhmədova və 1995-ci il təvəllüdlü Jalə Yolçuzadə bıçaqlanıb.

Onlardan 10-dan çox bıçaq xəsarəti alan Zoya Əhmədova həyatını itirib.

Digər zərərçəkən ağır halda xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən isə ölən qadının oğlu - 1987-ci il təvəllüdlü Vəliyev Emin Xaləddin oğludur.

Ağır xəsarət alan iki uşaq anası Jalə isə hadisəni törətməkdə şübhəli bilinən Eminin həyat yoldaşıdır.

Qeyd edək ki, cinayəti törətməkdə şübhəli bilinən şəxsin psixoloji problemləri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
****

“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, Emin Xaləddin oğlu Vəliyev Vətən müharibəsi qazisi, III qrup əlildir.

O, ailə münaqişəsi zəminində anası, 1963-cü il təvəllüdlü Əhmədova Zoya Rüstəm qızını bıçaqla bir neçə zərbə vuraraq qətlə yetirməkdə, arvadı, 29.01.1995-ci il təvəllüdlü Yolçuyeva Jalə Sahib qızını isə həmin bıçaqla vuraraq xəsarət yetirməkdə şübhəli bilinir.

Emin Vəliyev hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
****

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) saytımıza verilən məlumata görə, yanvarın 31-i saat 05:30 radələrində 1995-ci il təvəllüdlü şəxs (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxanaya hospitalizasiya olunub: “Başın, döş qəfəsinin və kürəyin açıq yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir”.

Fotoda: Zoya Əhmədova və Emin Vəliyev
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter