Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi
- 04.02.2026, 17:30,
- Xəbər / Mədəniyyət
Baxılıb: 12
Facebook
Вконтакте
Одноклассники
Google+
Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadəyə yeni vəzifə verilib.“Qanunyolutv.az”, “Oxu.Az”a istinadən xəbər verir ki, o, “Azərbaycan Televiziya və radio Verilişləri” QSC-nin bədii rəhbəri təyin olunub.
Mehriban Ələkbərzadə xəbəri təsdiqləyib.
“Məlumat doğrudur. Bu gündən işimin başındayam. AzTV-də bədii rəhbər vəzifəsini icra edirəm. Yeni mərhələdə görəcəyimiz işlər çoxdur” - deyə, Mehriban Ələkbərzadə bildirib.
Xatırladaq ki, Mədəniyyət Nazirliyinin həyata keçirdiyi dəyişikliklərə əsasən, Azərbaycandakı dövlət teatrlarında baş rejissor, baş rəssam, bədii rəhbər ştatları
ləğv edilib, bir sıra texniki vəzifələr isə yeni adlarla adlandırılıb. Bundan sonra Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə də vəzifəsini itirmişdi.
Təbrik edirik!